Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində hoteldə yanğın baç verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən tullananlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə biliblər. Hadisə yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.

İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib.