ABŞ prezidenti Donald Tramp prezidentliyinin 100-cü gününü rəqslə qeyd edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri Miçiqan ştatında keçirilən mitinqdə iştirak edib. 

Tədbir zamanı Tramp vurğulayıb ki, o, onun qeyri-populyar olduğunu göstərən ictimai rəy sorğularına inanmır, çünki respondentlər respublikaçılar deyil, demokratlardır.

Bir gün əvvəl ABŞ-nin Demokrat konqresmeni Şri Tanedar Trampın impiçmenti üçün qətnamə təqdim edib. O, Ağ Ev rəhbərini “hakimiyyətdən zalımcasına sui-istifadədə”, "korrupsiyada və vəzifə səlahiyyətlərindən" sui-istifadədə ittiham edib. Trampın reytinqi vəzifədə olduğu ilk 100 gündə ən aşağı səviyyədə olub. 

Gülayə Mecid