Çin millisinin və İngiltərənin “Everton” komandasının sabiq futbolçusu Li Ti həbs olunub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis 20 il azadlıqdan məhrum edilib. Keçmiş yarımmüdafiəçinin Çin millisinə pul qarşılığında futbolçu çağırması, danışılmış oyunlarda iştirakı, qanunsuz transferlərin təşkilinə kömək etməsi, eləcə də yığmanın baş məşqçisi vəzifəsinə gəlmək üçün rüşvət verməsi sübut olunub.
O, Çin yığmasının heyətində 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında iştirak edib.
Qeyd edək ki, Li Ti “Everton”la yanaşı, İngiltərənin digər təmsilçisi “Şeffild Yunayted”də də çıxış edib.