Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Caner Erkin karyerasını bitirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddiaya görə, hazırda “Eyupspor”da çıxış edən sol cinah müdafiəçisi mövsümün sonunda futbolla vidalaşacaq.

Qeyd edək ki, Caner Erkin karyerası ərzində “Fənərbağça” ilə yanaşı, MOİK (Rusiya), “Qalatasaray”, “İnter” (İtaliya), “Başakşəhər” və “Beşiktaş” kimi komandalarda çıxış edib.