Ukrayna ölkədəki münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə hazırdır.

"Unikal" xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Londonda keçirilən görüşdə Vaşinqton nizamlanma üçün 22 konkret şərt təqdim edib və Kiyev bununla razılaşıb. Bundan əlavə, ABŞ Rusiyanın ərazi tələblərini qismən qəbul etməyə hazırdır.

Kelloq onu da əlavə edib ki, sənədlərin tərcüməsi ilə əlaqədar olaraq yerin təki müqaviləsinin imzalanması gecikir. Bu gün səhər saatlarında ABŞ-nin maliyyə naziri Skott Bessent hər iki tərəfin sənədi imzalamağa hazır olduğunu bildirsə də, son anda Kiyev dəyişikliklər edilməsini təklif edib.