Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir.
"Unikal" xəbər verir ki, Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 41 yaşlı Qubad Məmmədov tutulub. Onun narkotiklərin qanunsuz dövriyyəsi zamanı istifadə etdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotop maddə metamfetamin aşkarlanıb.
Q.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.