"Real"ın futbolçusu Rodriqo mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Braziliyalı hücumçunun Madrid klubunun ön xəttində olan oyunçularla rəqabət apara bilmədiyi üçün bu qərara gəldiyi və onun fikrində qərt olduğu bildirilib. Xəbərdə qeyd olunub ki, "Qızıl top" və "The Best" mükafatlarına namizəd göstərilməməsi Rodriqonun qərarında əsas təkan olub.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm "Real"da 30 oyunda 6 qol vurub və eyni sayda qol ötürməsi edib.