Serbiya prezidenti Aleksandr Vuçiç bir daha bəyan edib ki, Qələbə Paradına Moskvaya gedəcək.

"Unikal" xəbər verir ki, o bunun Putinə və serb xalqına verdiyi sözə bağlı olduğunu deyib.

Eyni zamanda Serbiya prezidenti vurğulayıb ki, onun Rusiyaya səfəri Ukrayna münaqişəsi və Avropada elektrik enerjisinin kəsilməsindən daha çox müzakirə olunur.

Bundan əvvəl AK Vuçiçə rəsmi xəbərdarlıq etmişdi ki, o, mayın 9-da Moskvaya getsə, Serbiyanın Aİ-yə qəbulu ilə bağlı danışıqları çətinləşəcək.