ABŞ dövlət katibi Marko Rubio prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
Rubio yanvarın 21-dən ABŞ-nin dövlət katibidir.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrini tərk ediblər.