Tehran və Vaşinqton arasında mayın 4-ü Romada keçirilməsi planlaşdırılan danışıqların dördüncü raundu bir həftə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Omanın xarici işlər naziri İran-ABŞ danışıqlarının təxirə salınmasını təsdiqləyib.
Belə ki, İslam Respublikası ilə üç ölkə (Avropa üçlüyü kimi tanınan) Fransa, İngiltərə və Almaniya nümayəndələrinin görüşü başqa vaxta təxirə salınacaq.
Görüşün təxirə salınmasının səbəbləri açıqlanmayıb.
Ağarza Elçinoğlu