Göygölə dolu düşüb.
"Unikal" xəbər verir ki, Göygöldə güclü yağışdan sonra dolu yağıb. Bu gün saat 15:00 radələrində rayon mərkəzinə və ucqar kəndlərə dolu düşüb. Hazırda dolunun ziyan törətməsi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti davam edir.
Tural Əhmədov