"Sihirli annem" filminə çəkiləcək daha 4 aktyorun kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işində Kutsi, Evrim Akın, Ahmet Kayakesen və Gamze Karta da yer alacaq.

Qeyd edək ki, “Sihirli annem” serialı 2003-2012-ci illərdə yayımlanıb. Layihədə "Eda" obrazını oynayan və 2011-ci ildə dünyasını dəyişən Defne Joy Foster isə süni intellekt vasitəsi ilə canlandırılacaq.