Çilinin cənubunda 6,4 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, təkanlar Argentinanın cənubunda da hiss olunub.
Yeraltı təkanlar Puerto Uilyams şəhərindən 300 km aralıda, 20 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün günorta saatlarında Çilinin cənubunda, Puerto Uilyamsdan 218 km aralıda 7,5 bal gücündə zəlzələ baş verib. Bununla əlaqədar sunami təhlükəsi elan edilib.