Şahzadə Harri Britaniya kral ailəsinin üzvləri ilə barışmaq istədiyini, lakin vətəninə qayıtmaq imkanını hələlik görmədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində bildirib.
Şahzadə Harri, "Ailəmdən bəziləri avtobioqrafik kitabı yazdığıma görə, əlbəttə ki, məni heç vaxt bağışlamayacaqlar, bir çox başqa şeylərə görə məni heç vaxt bağışlamayacaqlar. Amma mən ailəmlə barışmağı çox istərdim. Münaqişəni davam etdirməyin mənasını görmürəm, çünki həyat çox qiymətli bir hədiyyədir. Atamın nə qədər ömrünün qaldığını bilmirəm və bu təhlükəsizlik məsələlərinə görə mənimlə danışmayacaq” deyib.