İstanbulun Sarıyer rayonunun Maslak qəsəbəsində səhər saatlarında yol çöküb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində Eski Büyükdere küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Məlum olub ki, təbii qaz sıxılması nəticəsində kiçik çaplı partlayış meydana gəlib. Təhlükəsizlik məqsədilə İGDAŞ əməkdaşları qaz təchizatını dayandırıb.