Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” "Kəpəz"lə heç-heçə edib.

"Unikal"ın məlumatına görə, “Neftçi Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Aleks Fernandes (24-cü dəqiqə), Emin Mahmudov (90+6-cı dəqiqə) fərqlənib. Gəncə təmsilçisinin qollarını isə Luis Paçu (50-ci dəqiqə) və Camal Cəfərov (62-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu matçdan sonra xallarının sayını 29-a çatdıran “Kəpəz” 9-cu yerdə qərarlaşıb. “Neftçi” isə 37 xalla 6-cıdır.