Çanaqqala Valiliyi yay aylarında gözlənilən temperatur artımı, külək və aşağı rütubət səbəbindən meşə yanğınları riskinə qarşı yeni tədbirlərin görüldüyünü açıqlayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, valilik  1 iyun - 30 sentyabr 2025-ci il tarixləri arasında meşələrə girişin qadağan edildiyini bildirib. 

Qeyd edək ki, ötən il Türkiyənin sözügedən vilayətində meşə yanğınları  baş verib. Hadisə Türkiyəyə böyük məbləğdə ziyan vurub. 

Gülayə Mecid