Xabarovskdan uçan Airbus A319 təyyarəsi Yujno-Saxalinsk hava limanına enə bilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Uçuş-enmə zolağının yaxınlığında anidən tülkü göründüyü üçün təyyarə havada daha bir dövrə vurub. 

Uzaq Şərq Nəqliyyat Prokurorluğu hava hadisəsinin baş vermə şəraiti və nəqliyyatın təhlükəsizliyi ilə bağlı araşdırma aparır.

Ağarza Elçinoğlu