Son zamanlar rep dünyasının ən çox danışılan adlarından biri olan Lvbel C5 polis tərəfindən saxlanılıb. 

"Unikal" xəbər verir ki, Süleyman Burak (Əsl adı, - red) oxuduğu mahnılarda narkotik istifadəni təşviq edən ifadələrə görə Gebze Rayon Polis Şöbəsinə çağırılıb.

İfadəsi alınan məşhur reper daha sonra Gebze Sülh Cəza Məhkəməsinə sövq edilib. Narkotikdən istifadəni təşviq etdiyi üçün 5 ildən 10 ilə qədər mühakimə olunan məşhur reper məhkəmə tərəfindən həbs edilərək Kandıra Həbsxanasına göndərilib.

Qeyd edək ki,  Lvbel C5 məşhur "Havhavhav" repinin müəllifidir.