Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi həyata keçirib.
"Unikal" xəbər verir ki, bu, ilin əvvəlindən bəri beşinci mübadilədir.
Moskva 205 rus hərbçisini geri qaytarıb, Kiyev də 205 hərbçini qəbul edib.
Bu barədə məlumatı Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliev RBK-ya bildirib.
Mübadilə ilə bağlı Müdafiə Nazirliyi də məlumat verib.
Bildirilib ki, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub.
Sonuncu mübadilə aprelin 19-da baş tutmuşdu.