Macarıstan diplomatik pərdə altında Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki ukraynalı casusu ölkədən çıxarır.
"Unikal" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto "Facebook" sosial şəbəkəsində yazıb.
"Bu gün biz diplomatik pərdə altında Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki casusu Macarıstandan qovduq", - deyə nazir bildirib.
Ağarza Elçinoğlu