ABŞ prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşündən danışıb.

"Unikal" xəbər verir ki, Tramp özünün də həmin görüşdə iştirak etmək üçün İstanbula getməyi düşündüyünü deyib. 

"O an harada olacağımı bilmirəm. Yaxın Şərqdə bir yerdə olacağam, amma faydalı olacağını düşünsəm İstanbula uça bilərəm. Çoxlu görüşlərim var, amma həqiqətən, ora getməyi fikirləşirəm. Prezident Ərdoğan əla ev sahibliyi edəcək. Məncə, Putin və Zelenski də orada olacaq. 

Prezident Ərdoğanla Suriya ilə bağlı bəzi məsələlər üzərində də işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməli olacağıq. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik", - deyə Tramp açıqlamalarında bildirib.