Qazaxıstanın Almatı vilayətinin İli rayon məclisinin deputatı Nurlan Bayqaziyev Taraz şəhərində vəhşicəsinə döyülüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, hadisə mayın 13-də axşam saatlarında şəhərdəki kafelərdən birində baş verib. Deputat üz nahiyəsindən "beşbarmaq"la ağır zərbələr alıb. 

Döyüldükdən sonra deputat xəstəxanaya aparılsa da, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib: "Faktla bağlı Cinayət Məcəlləsinin 293-cü maddəsinin "Xuliqanlıq" maddəsinin 1-ci hissəsi ilə ibtidai istintaq aparılır. Hadisəni törətmiş şəxs müəyyən edilərək polisə aparılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, hadisənin bütün hallarının hərtərəfli və obyektiv müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Ağarza Elçinoğlu