ABŞ prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi “Boeing 747-8” təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə bağışlayacağını açıqlayıb.

"Unikal" xəbər verir ki,  o, bu barədə “Truth Social” hesabında məlumat paylaşıb. 

""Boeing 747" mənə yox, Hərbi Hava Qüvvələrinə, Birləşmiş Ştatların Müdafiə Nazirliyinə verilir! Çatdırılmada çox gecikən yeni Boeing-lərimiz gələnə qədər hökumətimiz tərəfindən müvəqqəti Hərbi Hava Qüvvələri təyyarəsi kimi istifadə ediləcək", - Tramp yazıb.

O, təyyarəni ABŞ-nin uzun illər uğurla müdafiə etdiyi bir ölkənin hədiyyəsi adlandırıb.