Tovuzda dolu təsərrüfata zərər vurub.
"Unikal"ın məlumatına görə, gecə saatlarında güclü yağışdan sonra rayon ərazisinə dolu düşüb. Dolu əsasən rayonun Əhmədabad kəndində ciddi fəsadlar törədib.
10 dəqiqədən çox davam edən dolu əkin sahələrinə, meyvə ağaclarına ziyan vurub. Hava şəraiti səbəbindən kənd yollarında nəqliyyatın hərəkətində də çətinliklər yaranıb. Sel suları sakinlərin əkin sahələrinə dolub, təsərrüfata ziyan dəyib. Bundan başqa kəndin yollarına ciddi ziyan dəyib. Hazırda adiyyatı qrumlar tərəfindən kənd skinlərinə dəymiş ziyan hesablanır.
Qeyd edək ki, hazırda bölgədə yağıntılı hava şəraiti müşahidə edilir.
Tural Əhmədov