Xəbər verdiyimiz kimi, mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.

"Unikal"ın məlumatına görə, səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi seçki konfransı keçirilənə qədər, sədrlik müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.

Məlumata görə, bu qərar Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin tapşırığı ilə Şuranın Aparat rəhbəri Ramin Həsənlinin başçılığı altında İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası zamanı verilib.

Ağarza Elçinoğlu