Xəbər verdiyimiz kimi, İmişli rayon Ağsaqqallar Şurası tərəfindən rayonun Sarıxanlı kəndində keçirilən SSRİ bayraqlı və "Georgi lentli" 9 may tədbiri ciddi qınağa səbəb olub. Bunun nəticəsində İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov da vəzifəsindən azad edilib. 

"Unikal"ın məlumatına görə, sözügedən tədbirlə bağlı məlumat və fotolar Azərbaycan Ağsaqqallar Şurasının göstərişi ilə rayon Ağsaqqallar Şurasının saytından silinib. 

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının tapşırığına əsasən, hazırda təşkilatın bütün şəhər və rayon təşkilatlarında hesabat konfransları keçirilir. 

Ağarza Elçinoğlu