Amerikanın "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən futbol tarixinin ən yaxşı oyunçusu seçilib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yer alıb.
İlk üçlükdə o, müvafiq olaraq ikinci və üçüncü yerləri tutan braziliyalı Pele və həmyerlisi Dieqo Maradonanı qabaqlayıb. Portuqaliya millisinin heyətində beşqat "Qızıl top"un sahibi və Avropa çempionu Kriştianu Ronaldo 4-cü olub.
Messi nüfuzlu “Qızıl top” mükafatının səkkiz dəfə qalibidir.