"Paşinyan Ermənistanın ən varlı adamıdır, 7 milyard borcun ən azı iki milyardını silib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib. 

Köçəryanın sözlərinə görə, Paşinyan korrupsiya ilə bağlı tamamilə yeni era yaradıb: "Mən onu korrupsiyanın Eynşteyni hesab edirəm, məsələn, ANİF işi. Bir fond yaradıb, o fonda 65 milyon dollar qoyub,  sonra ofis yaradıb, dostlar, qohumlar, ailə üzvlərini o ofisə yerləşdirib. İki aydan sonra isə o pul yoxa çıxdı. Bu, korrupsion düşüncə üçün yeni bir sözdür. Alnına belə bir döymə vursun: "korrupsiya dahisi". Və ölkəni "korrupsiya cənnəti" ediblər. İndi siz demək istəyirsiniz ki, 65 milyon dollar sadəcə yoxa çıxa bilər və birinci şəxsin bununla heç bir əlaqəsi yoxdur?"

Ağarza Elçinoğlu