ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətinin çox yaxşı keçdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Düşünürəm ki, söhbət çox yaxşı keçdi", - deyə Tramp yazıb.
Tramp əlavə edib ki, Rusiya və Ukrayna münaqişəyə son qoymaq üçün dərhal danışıqlara başlayacaq.