"Rusiya Ukraynada haqqı olmayan bir şey əldə etmək istəyir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio
O, Ukrayna münaqişəsinin həllində əsas problemi açıqlayıb:
"Ukraynadakı münaqişənin həlli ilə bağlı əsas problem ondan ibarətdir ki, Rusiya indiyənədək malik olmadığı bəzi əraziləri, Ukrayna isə hərbi yolla geri ala bilməyəcəyi bir şeyi istəyir".
Rubionun fikrincə, sülhə nail olmaq üçün əsas maneə tərəflərin tələblərinin uyğunsuzluğudur. Rusiya 2022-ci ildə nəzarətə götürdüyü ərazilərin, o cümlədən Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin tanınmasında israrlıdır. Eyni zamanda, Ukrayna bu bölgələrə nəzarəti bərpa etməyə çalışır, Rubionun fikrincə, buna yalnız hərbi yolla nail olmaq mümkün deyil.
Rubio vurğulayıb ki, ABŞ sülh danışıqlarında irəliləyiş əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. O qeyd edib ki, diplomatik kanallar açıq qalır, lakin "Vaşinqtonun səbri sonsuz deyil". ABŞ dövlət katibi davamlı sülhə nail olmaq üçün hər iki tərəfin danışıqlarının və kompromislərinin vacibliyini qeyd edib.
Gülayə Mecid