"Rusiya İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında səmimi maraqlıdır". 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Biz 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında əldə edilmiş yüksək səviyyəli üçtərəfli razılaşmalar kompleksini bunun üçün möhkəm əsas hesab edirik. 

Biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışladıq və sənədin yekun imzalanması üçün zəruri olan bütün məsələlərin həllinə töhfə verməyə hazırıq. Bütün bu məsələlərdə, o cümlədən regional nəqliyyat və iqtisadi kommunikasiya marşrutlarının açılması kontekstində İrəvan Moskvaya tam arxalana bilər", - Lavrov vurğulayıb.

Ağarza Elçinoğlu