Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında diplomatik qələbə qazanıb.

"Unikal" xəbər verir ki, bu barədə "New York Times" məlumat dərc edib. 
 
"Putinlə telefon danışığından sonra Tramp bildirib ki, o, Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqlarını alqışlayır və münaqişəni tez bir zamanda sona çatdırmaq barədə əvvəlki vədindən faktiki olaraq imtina edir", - məqalədə qeyd edilir. 

Məqalə müəllifi Trampla telefon danışığını Putin üçün uğurlu adlandırıb.