İspaniyada öldürülən Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andriy Portnov Vladimir Zelenski üçün təhlükəli məlumatlara sahib ola bilərdi.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Rodion Miroşnik deyib.

O, Portnovun Yanukoviçin dövründə nüfuzlu məmur olduğunu xatırladıb.

"Portnov hazırkı hökumətin bəzi personajlarının "qüsursuz reputasiyası"na xələl gətirə biləcək unudulmuş keçmiş məlumatlarına sahib ola bilərdi. Yaxud Zelenskinin çevrəsindən kimsə və ya onun özü üçün təhlükəli olan digər məlumatlara sahib ola bilərdi", - Miroşnik qeyd edib. 

Bundan əvvəl İspaniya polisi Andrey Portnovun Madridətrafı qəsəbələrdən birində güllələnərək öldürüldüyünü təsdiqləyib.

Gülayə Mecid