Fast fooddan yüksək doymuş yağlı pəhriz bir neçə gün ərzində bağırsağın təbii müdafiə mexanizmlərini məhv etməyə başlayır.

"Unikal" xəbər verir ki, bu  barədə avstraliyalı alimlər araşdırma aparıblar. 

Təcrübə zamanı bir qrup siçan yüksək yağlı pəhrizə yerləşdirilib. İnsan qidasının bu növü pəhrizdə fast food və qənnadı məmulatlarının yüksək nisbəti ilə xarakterizə olunur. Artıq ikinci gündə heyvanlarda toxumaların bərpasında və bağırsaq mukozasının qorunmasında əsas element olan IL-22 zülalının səviyyəsində azalma müşahidə olunub. Siçanlar kənardan sağlam görünürdülər, lakin içəridə iltihab başladı: bağırsaq divarları qalınlaşıb və toxumalarda immun hüceyrələr toplanıb. 

Tədqiqatçılar vurğulayırlar ki, belə bir pəhrizin yaratdığı iltihab uzun müddət özünü büruzə verməsə də, zaman keçdikcə xroniki iltihaba çevrilir. Bununla belə, elm adamlarının fikrincə, fast fooddan imtina etmək və doymuş yağları doymamış yağlarla əvəz etmək - məsələn, qoz-fındıq və ya avokadodan - bağırsağın maneə funksiyasını bərpa etməyə kömək edir.