Əfqanıstanın Samanqan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində yeddi nəfər ölüb, iki nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Ariana News" portalı məlumat yayıb.

"Hadisə gecə yarısı Dar-e-Suf Payin rayonunun Qula kəndində, kömür mədəninin içərisində baş verib", - Samanqan Polis İdarəsinin Mətbuat Xidməti bildirib.

Qeyd olunur ki, zərərçəkənlər tibb müəssisəsinə yerləşdiriliblər.