ABŞ prezidenti Donald Tramp Cənubi Afrikada “ağ fermerlərin soyqırımı” mövzusu müzakirə olunarkən Qətər tərəfindən ABŞ prezidentinə hədiyyə edilən təyyarə haqqında sual verən NBC müxbirini tənqid edib.
"Unikal" xəbər verir ki, Amerika lideri müxbiri "dəhşətli jurnalist" adlandırıb və qeyd edib ki, təyyarə ilə 5,1 trilyon dollarlıq sərmayə də köçürülüb.
"NBC-dəki studiyanıza qayıtmalısınız, çünki Brayan Roberts və buranı idarə edən insanlar araşdırılmalıdır", - deyə Tramp əsəbiləşib və jurnalistə ona daha sual verməməsini deyib.
Qeyd edək ki, Qətər Trampa dəbdəbəli "Boeing 747" təyyarəsi bağışlayıb. Təyyarənin qiymətinin 400 milyon dollar olduğu bildirilir.