Ermənistan prezidenti Vaaqn Xaçaturyan polkovnik Ruben Papyanı sülhməramlı briqadanın komandiri təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə sərəncam Ermənistan prezidentinin saytında dərc olunub.
Onun digər sərəncamı ilə həmin briqadanın keçmiş komandiri, polkovnik Hamlet Levonyan respublika Müdafiə Nazirliyinin Silah və texniki təminat idarəsinin rəisi təyin edilib.
Papyan əvvəllər sülhməramlı briqadada, o cümlədən Əfqanıstandakı erməni kontingentinə komandanlıq edib.