Moskvaya doğru uçan 27 pilotsuz uçuş aparatı məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Dağıntıların olduğu yerdə təcili yardım xidmətləri işləyir.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi düşmənin pilotsuz təyyarələrinin hücumlarını dəf etməkdə davam edir; Moskvaya uçan 6 PUA məhv edilib", - mer öz Telegram kanalında yazıb.
Daha sonra Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinə məxsus daha üç PUA-nı məhv etdiyini bildirib.
Bundan əvvəl o, paytaxta doğru uçan 24 pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat verilmişdi.