Radikal Livanın cənubundakı Aytarun qəsəbəsi yaxınlığında məhv edilib.

"Unikal" xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) bir gündə Livanın cənubunda Hizbullah hərəkatından silahlı bir radikalın üçüncü dəfə məhv edildiyini bildirib. 

Qeyd olunub ki, radikal Livan ərazisinin cənubundakı Aytarun qəsəbəsi ərazisində pilotsuz uçuş aparatının köməyi ilə məhv edilib.