Rusiya qəhrəmanı, general-polkovnik Andrey Mordviçev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Komandanı təyin edilib.

"Unikal" xəbər verir ki, o, 2022-ci ilin yazında 8-ci ordunun komandiri kimi Mariupol döyüşlərində iştirak edib.

2023-cü ildə Mordviçev Donetsk istiqamətində Avdiivka, Oçeretino, Selidovo və digər yaşayış məntəqələrinin Mərkəz qrupunun komandiri təyin edilib.

Əvvəllər Quru Qoşunlarının Ali Baş Komandanı vəzifəsini Oleq Salyukov tutub. Vladimir Putin onu Təhlükəsizlik Şurası katibinin müavini təyin edib.