İyunun 5-də Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistana səfər edəcək. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın yüksək rütbəli rəsmisi Ermənistanda iki günlük səfərdə olacaq. Maraqlıdır ki, qarşı tərəf planlaşdırılan tədbirlərin təşkili məsuliyyətini öz üzərinə götürüb. 

"Ermənistandakı bir sıra Rusiya təşkilatlarına Rusiya Federasiyasından sirkulyar göndərilib və onların hər biri tədbiri təşkil etməyi öhdəsinə götürmələri tapşırılıb", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu