"ABŞ ilə danışıqların nəticə verəcəyini düşünmürük".
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının lideri Ayətullah Seyid Əli Xamenei deyib.
O, aparılan danışıqların nəticələri ilə bağlı məyus olduğunu bildirib: "Rəisi dövründə danışıqlar dolayı yolla aparılıb, lakin nəticəsi olmayıb. İndi də onların bir nəticəyə gələcəyini düşünmürük və nə baş verəcəyini də bilmirik".
Xamenei həmçinin qeyd edib ki, Tehran uranı zənginləşdirmək üçün heç kimdən icazə almayacaq.
Ağarza Elçinoğlu