Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı ilin yazında Ermənistanda keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.
"Avropa siyasi ictimaiyyətinin liderlərini ölkəmizdə salamlamaq şərəfdir və mən bu qərarı dəstəklədiklərinə görə bütün liderlərə təşəkkür edirəm", - deyə o qeyd edib.
Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin 6-cı sammiti ötən həftə Albaniyada keçirilib. Zirvə toplantısında Azərbaycan lideri İlham Əliyev də iştirak edib.
Ağarza Elçinoğlu