Almaniyanın şimalında Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücum nəticəsində ən azı 12 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hadisə 13/14 platformasında baş verib. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır, daha üç nəfər ağır, altı nəfər isə yüngül xəsarət alıb.

Federal polis bıçaqla hücum edən qadını həbs edib. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.