Slovakiyanın baş naziri Robert Fitso Ermənistana iki günlük rəsmi səfərə gedib.
"Unikal" xəbər verir ki, rəsmi səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və respublika prezidenti Vaaqn Xaçaturyanla görüşlər nəzərdə tutulub.
Slovakiyanın Baş naziri həmçinin “İrəvan dialoqu 2025” beynəlxalq konfransında iştirak edəcəyini açıqlayıb.