İsrailin Qəzzada qaçqınların yerləşdiyi Fəhmi əl-Cərcəvi məktəbinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə "Al Jazeera" nəşri məlumat yayıb.
"Qəzza şəhərindəki məktəbdə ölənlərin sayı 25-ə çatıb", - məlumatda qeyd olunub.
Daha əvvəl "Reuters" 20 nəfərin öldüyünü bildirmişdi.