“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Suriyadakı Rus Evinin fəaliyyətinin və bu ölkədən tələbələrin işə qəbulunun müvəqqəti dayandırıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.
Mərkəzin işinin dondurulması qərarı regiondakı qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə bağlıdır. Təşkilatın əməkdaşları təxliyə edilib, sənədlərin yoxlanılmasında çətinliklər yarandığı üçün Suriyalı tələbələrin dövlət kvotasına əsasən işə qəbulu dayandırılıb.