"Telegram" messencerinin qurucusu Pavel Durov QİÇS Araşdırma Fonduna 400 min avro bağışlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində bildirib. 

“QİÇS Araşdırma Fonduna indicə 400.000 avro köçürdüm. Elmi maliyyələşdirsək, bizim dövrümüzdə QİÇS-ə son qoymaq olar”, - deyə Durov qeyd edib.