Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb.

"Unikal" xəbər verir ki, rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib.

M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.